Rusiyadan gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlandı


Dünya 03 May 2021 17:56:00 100 0

Rusiyadan gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlandı

Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın paytaxtı Helsinki limanına gələn konteyner gəmisində 11 nəfərdə koronavirus aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, virusa yoluxan şəxslər gəmidə karantinə alınıb.

Heyət üzvlərindən bir nəfəri Helsinkidə xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilir.

Ümumilikdə, "Valencia Express" gəmisində 24 heyət üzvü olub.