İraqda İŞİDin rəhbərlərindən biri tutulub


Dünya 03 May 2021 17:57:00 125 0

İraqda İŞİDin rəhbərlərindən biri tutulub

İraq xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının dəstələrindən birinin rəhbəri saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, saxlanılan Əbu Əli əl-Cəmili uzun müddət axtarışda olub və terror əməlləri həyata keçirməkdə ittiham olunub. İraq xüsusi xidmət orqanlarının məlumatına görə, 2005-ci ildə "Əl-Qaidə" terror təşkilatına qoşulan terrorçu 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 2011-ci ildə azadlığa buraxılıb. Bundan sonra əl-Cəmili İŞİD-in silahlı dəstələrinin formalaşmasında iştirak edib, Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirib, bundan sonra İraqa qayıdıb. O, əvvəlcə Mosul "qubernatorunun müavini", daha sonra isə Əl-Fəllucənin "qubernatoru" təyin edilib.

İraq Daxili İşlər Nazirliyindən bildirilib ki, əl-Cəmili artıq terror əməlləri həyata keçirməsini, o cümlədən ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktları törətdiyini etiraf edib.