Azərbaycanda söz və mətbuat azadlığı sadəcə konstitusion norma deyil, milli dəyərdir Ekspert


Digərləri 03 May 2021 17:05:00 264 0

Azərbaycanda söz və mətbuat azadlığı sadəcə konstitusion norma deyil, milli dəyərdir  Ekspert

Söz və mətbuat azadlığı Şərqdə ilk demokratik respublika quran və mətbuat haqqında qanun qəbul edən Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası üçün sadəcə konstitusion norma deyil, milli dəyərdir.

Son.az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, məhz bu baxımdan, söz və mətbuat azadlığı dövlətimiz üçün prioritet istiqamət sayılır və daim diqqət mərkəzindədir: "Hazırda ölkəmizdə çoxsaylı media qurumları fəaliyyət göstərir və az qala, hər gün yeniləri yaranır. Mahiyyət etibarilə, cəmiyyətimizin informasiya ehtiyacının ödənilməsi baxımından ciddi problemlər olmasa da, mediada peşəkarlıq, ixtisaslaşma, maddi-texniki baza, kadr potensialı, müstəqil maliyyə qaynaqları, reklam bazarı ilə bağlı mövcud olan problemlər, bir çox hallarda bu informasiyaların ictimai rəyə obyektiv şəkildə, ictimai maraqlar nəzərə alınmaqla, təhlil edilərək çatdırılmasında çatışmazlıqların ortaya çıxmasına zəmin yaradır.

Azərbaycan mediası ümumən vətənpərvərdir, ictimai və dövlət maraqlarını nəzərə almağı bacarır. Amma təəssüf ki, peşəkarlıq, kadr və ixtisaslaşma problemlərinin yaşandığı media resurslarının vətənpərvərliyi, informasiyanın mənbəyini araşdırmadan, ciddi təhlil etmədən, doğuracağı nəticələri, riskləri nəzərə almadan yayımlaması, son nəticədə ölkəmizə qarşı çevrilir, ictimai maraqlara zərbə vurur.