Monqolustanda güclü zəlzələ olub


Dünya 03 May 2021 17:18:00 151 0

Monqolustanda güclü zəlzələ olub

Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.

Son.az