İndiyədək minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb


Digərləri 03 May 2021 17:10:00 165 0

İndiyədək minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən ay ərzində 285 hektar ərazi minalardan təmizlənib.

Son.az Trend-ə istinadən bildirir ki, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 1-dən 30-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanıb.

Bu günə kimi azad olunmuş 2 min 28 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.