"Sovetski" sakinlərinə ayrılmış pullar kimə çatıb?


Digərləri 03 May 2021 14:30:36 134 0

"Sovetski" sakinlərinə ayrılmış pullar kimə çatıb?

Son.az "Sovetski"dəki aksiya ilə bağlı Mir Şahinin araşdırmasını təqdim edir

Mən keçən görüşümüzdə demişdim ki, Yasamal rayonunun keçmiş Sovetski rayonunda yaşayan sakinlərinin problem və tələblərini araşdıracam. Bu gün məsələ üzərində daha ətraflı dayanacam. Ona görə ki, özünü zərərçəkmiş hesab edən bir qrup yasamallı bacı-və qardaşlarımda keçən çıxışımdan sonra, bir sıra suallar yaranıb. Onlar hətta mənimlə görüşmək də istəyiblər. Buyurun, "Mir Şahin vaxtı"-nın bundan sonrakı dəqiqələri Sizindir. Görüş istəmisiz, görüşək. Xoş gəlmisiniz. Buyurun. Amma əvvəlcə bir söz deyim: Mən keçən dəfə dedim ki, Sovetski sakinlərinin böyük bir qrupundan bəzi fürsətcillər, əldən, dildən pərgarlar istifadə etmək istəyir. Amma heç yerdə deməmişik ki, Sovetski sakinləri dövlət əleyhinə çıxış edir filan. Təkrar edirəm. məlumatsız, məsum, bəzən isə sadəcə işin gedişindən xəbərsiz insanları- asan pul ala biləcəyinə inandıranlar var. Beləliklə. Görüşək deyirsiz, görüşək. Xoş gəlmisiz Fərid. Fərid Vaqif oğlu Bağırov. Sənin çıxışını sosial şəbəkələrdə izləmişik. İnciməzsinizsə, bizim verilişdə də izləyək:

Beləliklə, gördüyünüz kimi Fərid Bağırov aksiyada əlində müəyyən sənədlər göstərir və həmin sənədlərdə qeyd olunan 142,0 kv.metr sahədə 3 mərtəbəli yaşayış evinin ona məxsus olduğunu, bu evin onun xəbəri olmadan içərisində əşyalarla birlikdə Komissiya tərəfindən sökülərək dağıdıldığını, özünün isə bu zaman Türkiyədə olduğunu bildirir. Amma elə deyil, Fərid müəllim! Göstərdiyiniz sənədlərdə əks olunan daşınmaz əmlaka görə mülkiyyətçilərə, o cümlədən atanız Vaqif Əli Abas oğlu Bağırova artıqlaması ilə vəsait ödənilib. Təqdim etdiyiniz sənədlərdə Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 40 ünvanda göstərilən 3 mərtəbəli yaşayış evi üzrə aparılan araşdrıma ilə müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Vaqif Əli Abas oğlu Bağırovun adına 19 iyun 1999-cu il tarixdə verilmiş FM seriyalı, 000723 nömrəli "Qeydiyyat Vəsiqəsi"nə əsasən həmin yaşayış evi atanız - Vaqif Əli Abas oğlu Bağırovun, əminiz- İbrahim Əli Abas oğlu Bağırovun və babanız - Əli Abas Mirzə oğlu Bağırovun paylı mülkiyyətində olub. Bu mülkiyyətçilər arasında sonradan başqa əminiz - İsabala Əli Abas oğlu Bağırov da qoşulmaqla mütəmadi mübahisələr olub, sonra isə mübahisə məhkəmə müstəvisində davam edib. Xeyli müddətdən sonra 2016-cı ilin 18 noyabr tarixində məhkəmənin nəticəsi olaraq notarial qaydada "Barışıq Sazişi" tərtib edilmiş və onların yaşayış evləri üçün Komissiya tərəfindən hesablanmış 437,5 min manat məbləğində kompensasiyanın aşağıdakı qaydada aralarında bölünməsi razılaşdırılıb.

Vaqif Əli Abas oğlu Bağırov üçün - 207,4 min manat;

İsabala Əli Abas oğlu Bağırov üçün - 50,0 min manat;

İbrahim Əli Abas oğlu Bağırov üçün - 180,1 min manat;

Cəmi - 437,5 min manat.

Bundan sonra onlarla Bakı şəhəri 19 saylı notariat kontorunda 2016-cı il 14 dekabr tarixində Yasamal Rayon İcra Hakimiyyətinin etibarlı nümayəndəsi arasında qeyd edilən yaşayış evinin alqı-satqısı barədə 0592583 nömrəli müqavilə bağlanıb və həmin gündən etibarən faktiki olaraq daşınmaz əmlak dövlət mülkiyyətinə keçib. Alqı-satqı müqaviləsində satıcılar, yəni yuxarıda adlarını çəkdiyimiz mülkiyyətçilər bundan sonra bu daşınmaz əmlakla əlaqədar heç bir iddialarının olmayacağı və bu əmlakı qısa müddət ərzində boşaldaraq alıcıya - Yasamal Rayon İcra Hakimiyyətinə təhvil verəcəkləri barədə öhdəlik götürmüşlər.

Onu da deyim ki, Fərid, mənim qardaşım, siz, sözügedən daşınmaz əmlakın notariat kontorunda alqı-satqısı zamanı adınızdan daşınmaz əmlakın satılmasına razılıq hüquqlarınızı 6 saylı Notariat kontorunda 23 dekabr 2007-ci il tarixdə tərtib edilmiş 73952 reyestr nömrəli etibarnamə əsasında atanız - Vaqif Əli Abas oğlu Bağırova vermisiz və atanız da həm öz adından, həm də Sizin adınızdan alqı-satqı müqaviləsinə imza atıb.

Bir məqama da aydınlıq gətirmək istərdim. Bu əmlaka dair yuxarıda adı çəkilən "Qeydiyyat Vəsiqəsi"ndə evin yardımçı sahə (yarımzirzəmi) ilə birlikdə ümumi sahəsi 184,4 kv.metr göstərilib, lakin Komissiya tərəfindən evin faktiki sahəsinə görə, yəni 286,5 kv.metr sahəyə görə kompensasiya hesablanaraq ödənilib. Onu da qeyd edirm ki, evin zirzəmisinin 32,6 kv.metr hissəsinin (hündürlüyü 2,2 metr, anbar) 1 kv.metri 1 200,00 manata , qalan hissəsinin isə (hündürlüyü 2,5 metr) 1 kv.metri 1 500,00 manata qiymətləndirilərək ümumi kompensasiya məbləğinə daxil edilib.

Təkrar edirəm, Fərid Bağırovun söylədikləri fikirlər tamamı ilə əsassızdır. Onun təqdim etdiyi etibarnamə əsasında alqı-satqı müqaviləsini atası - Vaqif Bağırov imzalayıb və kompensasiya məbləği də müvafiq bankdan nağd qaydada atası tərəfindən götürülüb. Həmçinin Fərid Bağırovun söylədiyi "142,0 kv.metr sahəsi olan ev üçün kompensasiya almamışam" kimi şaiyənin əksinə olaraq 286,5 kv.metr sahə üçün kompensasiya hesablanaraq ödənilib. Hesablama zamanı evin zirzəmisi də müvafiq qaydada hesablanaraq kompensasiya məbləğinə əlavə edilib. Bununla da, Fərid Bağırovun dediklərinin yhüngül desək, yalan, ağır desək böhtandan başqa bir şey olmadığını görürük. Bax mən buna görə deyirdim və deyirəm ki, dinc sakinləri aldatmaq yolu ilə müvafiq dövlət orqanlarının qarşısına toplamaqla dövlətdən əlavə vəsait almaq niyyətində olanlar var! Bax bunlara görə deyirəm ki, məlumatsız-məsum sakinlər Fərid Bağırov, Səbinə Nadirzadə, Balacaxanım Süleymanova, Aynura Bədəvi, Elnarə Hüseynova, Sevil Abdullayeva və Nazilə Zərbəliyeva kimi dırnaqarası liderlərin əsassız çağırışlarına inanmasınlar. Xüsusilə bu günlər, dövlətin işğaldan azad edilmiş ərazilərə, qazilərə, şəhid ailələrinə xüsusi diqqət yetirdiyi bir vaxtda düşünsünlər...

Özünüz gördünüz ki, təkcə Fəridin şəxsində ev necə satılıb, pulu necə ödənilib. Bu həftə gözəl və xarizmatik xanım Səbinə Nadirzadənin də səlis, əla tələffüzə malik nitqinə qulaq asdım. Az qala inanmışdıq...

Səbinə Nadirzadə sakinləri qanunsuz keçirilən aksiyalar zamanı ancaq "torpaq pulunu istəyirik" tələbi ilə haray salmağa təhrik edir və həmin ərazidə torpağın bazar dəyərinin çox yüksək olduğunu deyir. Amma araşdırmam zamanı, məhz sənədlər əsasında müəyyən etdim ki, evlərinin yerləşdiyi ərazilərdəki torpaq sahələri xüsusi mülkiyyətdə olan sakinlərə həmin torpaq sahələrinə görə də əlavə olaraq kompensasiya hesablanaraq ödənilib. Hamayıl Xəlilova, Sevda Musayeva, Simnar Hacıyeva, Aybəniz İskəndərova, Mətanət Səfərova və onlarla belə adlar çəkə bilərəm. Onu da deyim ki, yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün alınmış "Sovetski" adlanan ərazi Bakı şəhərinin Baş planına uyğun olaraq Dəmir Yolu Vağzalından başlayaraq Hüseyn Cavid parkına (Landau küçəsinə) qədər salınmalı olan "Yaşıl Zolaq" layihəsinə daxildir. Yəni həmin ərazidə mövcud olan bütün obyektlər bu layihənin icrası üçün satın alınır. Həmin ərazidə qazanc əldə etmək, yəni biznes məqsədi ilə hər hansı bir obyektin tikilməsi nəzərdə tutulmamışdı. Və hamının gördüyü kimi, istifadəyə verilmiş bu gözəl parkın ərazisində belə bir obyekt inşa edilməyib. Bu ərazidə mövcud olan idman və əyləncə qurğuları, habelə kiçik ölçülü kafelər isə, yalnız sakinlərin ehtiyacını ödəmək və onların istirahətinin səmərəli keçirilməsini təmin etmək üçün quraşdırılıb.

Təbii ki, satınalmalar zamanı torpaq o vaxt dəyərli olur ki, onu qazanc və əlavə gəlir gətirən hər hansı bir obyektin tikintisi üçün satın alırsan. "Sovetski" adlanan ərazidə isə Bakının Baş Planına uyğun olaraq "Yaşıl Zolaq" layihəsinin icrası nəzərdə tutulduğu uçun həmin ərazidə torpaqların (həmçinin tikililərin) kommersiya məqsədi ilə sakinlərdən satın alınması qadağan olunub. Belə olan halda bu ərazidə yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin qiyməti heç də tələb edildiyi həddə yüksək ola bilməz.

Özlərini "sakinlərin nümayəndələri" kimi təqdim edənlər, o cümlədən bu saat da evində rahat yaşamaqda davam edən Səbinə Nadirzadəyə ərazidən köçürülən sakinlər üçün kompensasiyanın hesablaraq ödənilməsi proseduru barədə aşağıdakı arayışı təqdim etmək istəyirəm.


Xəbərə aid video