"Artıq düşmənin xırda bir təxribatına da sərt cavab verilməlidir"


Siyasət 03 May 2021 14:25:00 74 0

"Artıq düşmənin xırda bir təxribatına da sərt cavab verilməlidir"

"Prezident İlham Əliyevin hər bir kəlməsi strateji səviyyədə qoyulmuş tapşırıqdır. Bu mesajlar bütün qurumlar tərəfindən də eyni şəkildə nəzərə alınmalıdır".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Prezidentin Cəbrayıldakı məlum mesajından sonra düşmənin istənilən təxribatına sərt cavab verilməlidir:

"Prezidentin bu mesajı ilə artıq qurumlar da gərəkli tapşırığı alıblar. Təbii ki, bundan sonra bu şəkildə ən adi, xırda təxribata qarşı sərt bir cavab verilməlidir və veriləcəkdir. Hətta deyərdim ki, onların bu cür müxtəlif bəhanələrlə hər hansı bir sərhədpozma halları olsa belə, bizim sərhədlərimizdə xidmət göstərən əsgərlərimizə qarşı hər hansı bir atışma halı olmasa belə mütləq şəkildə sərt cavab verilməli idi. Düşünürəm ki, cənab Prezidentin artıq bu mesajı qeyd etməsi o deməkdir ki, adekvat cavab verilməli idi və bundan sonra da veriləcək. Əks halda Ermənistan silahlı qüvvələri olsun, kimliyindən asılı olmayaraq hansı sahədə xidmət edən şəxs olmasına baxmayaraq, mülki şəxsdir, nədir, bu cür hər təxribatların qarşısı alınmazsa, sərt cavablar verilməzsə, bu cür hallar adi hal almış olar. Ona görə mütləqdir ki, biz kimliyindən asılı olmayaraq, hətta mülki şəxs belə olsa, bizim hərbi qulluqçumuza təxribat törədirsə, sərt bir şəkildə, gözə-göz, qaşa-qaş cavab verilməlidir".

Xatırladaq ki, təxminən iki həftə əvvəl ermənilər Zəngilan və Qubadli istiqamətində atəşkəsi pozdular. Lakin Rusiyanin xahişi ilə qarşı tərəfə cavab atəşi açmadıq. Prezident İlham Əliyev isə Cəbrayılda sərhəd zastavasının açılışı zamani "Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək" dedi. 

Qeyd edək ki, dünəndən etibarən sosial şəbəkələrdə Azərbaycan Ermənistan sərhədində delimitasiya zamanı yaşanan hadisənin video-görüntüləri yayılıb. Görüntülərdə erməni zabiti Azərbaycan tərəfinə keçməyə çalışır. Dövlət Sərhəd Xidmətinin zabit və əsgərləri ona təmkinlə mane olmağa çalışarkən, erməni zabit sözügedən ərazinin onlara aid olduğunu iddia edərək irəliləməyə çalışıb. Hadisənin Azərbaycan-Ermənistan sərhədinin Sünix vilayəti ilə həmsərhəd hissəsində baş verdiyi bildirilir.

Təhməz Əsədov Son.az

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər like
  • 03 May 14:16  
Siyasət Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər

Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizi

arrow Ətraflı
Prezidenti İlham Əliyev: Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir like
  • 03 May 14:13  
Siyasət Prezidenti İlham Əliyev: Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir

Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ölk

arrow Ətraflı
Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq  SƏRƏNCAM like
  • 03 May 14:06  
Siyasət Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş

arrow Ətraflı
Elməddin Quliyev YAPın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib like
  • 03 May 14:05  
Siyasət Elməddin Quliyev YAPın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib

Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqə

arrow Ətraflı
Əfqanıstanda hərbi bazaya hücum olub like
  • 03 May 14:04  
Dünya Əfqanıstanda hərbi bazaya hücum olub

Əfqanıstanın Fərəh əyalətində hərbi bazaya hücum baş verib.

arrow Ətraflı
Azərbaycan Prezidenti: TürkiyəAzərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir like
  • 03 May 14:00  
Siyasət Azərbaycan Prezidenti: TürkiyəAzərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədi

arrow Ətraflı
“Fukusima” AES söküləcək like
  • 03 May 13:59  
Dünya “Fukusima” AES söküləcək

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunamidən zərər görərə

arrow Ətraflı
Azad olunan əraziyə keçmək istəyən koronavirus xəstəsi saxlanılıb like
  • 03 May 13:54  
Digərləri Azad olunan əraziyə keçmək istəyən koronavirus xəstəsi saxlanılıb

Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzək

arrow Ətraflı
Buzovna qəsəbəsi yenidən qurulacaq like
  • 03 May 13:51  
Digərləri Buzovna qəsəbəsi yenidən qurulacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeronun qəsəbələri

arrow Ətraflı
Qəhrəman döyüşçü like
  • 03 May 13:49  
Digərləri Qəhrəman döyüşçü

Elmar Cəfərov Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub

arrow Ətraflı
“Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində  FOTO like
  • 03 May 13:44  
Digərləri “Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində FOTO

Bakı Ali Neft Məktəbi (BANM) ilə "Schlumberger" şirkəti arasınd

arrow Ətraflı
Bakıda bələdiyyə sədri 300 manat cərimələndi like
  • 03 May 13:41  
Digərləri Bakıda bələdiyyə sədri 300 manat cərimələndi

Bakının Binəqədi rayonu Mehdiabad Bələdiyyəsi sanitariya-gigiyena qaydala

arrow Ətraflı
Bakı pasiyenti: Əli Kərimli özünü böyüdür like
  • 03 May 13:40  
Siyasət Bakı pasiyenti: Əli Kərimli özünü böyüdür

Çağdaş psixologiyada ifrat özünəvurğunluq və ya "full of himself&qu

arrow Ətraflı