Anar Kərimov onları vəzifəyə gətirdi


Kriminal 03 May 2021 12:59:00 163 0

Anar Kərimov onları vəzifəyə gətirdi

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş tutub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

Bəxtiyar Qılıncov 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

A. Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Ş. Şahbazov əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.