Gürcüstanda son sutkada koronavirusa 509 nəfər yoluxub


Dünya 03 May 2021 12:34:00 141 0

Gürcüstanda son sutkada koronavirusa 509 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  509 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  312 954-ə, ölənlərin sayı isə 4 163 nəfərə çatıb. Virusa yoluxanlardan 294 252 nəfərin sağaldığı bildirilir.

Son.az