"Ermənilər Xankəndində Azərbaycan vətəndaşı kimi yaşaya bilər"


Siyasət 03 May 2021 12:49:00 71 0

"Ermənilər Xankəndində Azərbaycan vətəndaşı kimi yaşaya bilər"

"Ermənilərin ağıllarını başlarına yığmalarını gözləyirik"

"Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran Azərbaycan torpaqlarıdır, bundan əvvəl də bu belə idi. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Bu, əvvəllər də belə idi, indi də belə olmalıdır".

Bunu Son.az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, Rusiya üçtərəfli bəyanata görə üzərinə düşəni etməlidir:

"Əgər o ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını istəmirlərsə, zəngin bir Azərbaycanda yaşamaq yerinə gedib kasıb Ermənistanın vətəndaşlığını seçsinlər. Dolayısı ilə orada keçmişdə sülh içində birlikdə yayanılıb. Prezident İlham Əliyevin də bu barədə çıxışı var ki, "Bizim xalqla düşmənliyimiz yoxdur, yenə bir yerdə yaşayarıq" deyib. Amma terror fəaliyyətinə heç bir zaman imkan verilməz. Arzu edərlərsə, orada azərbaycanlılarla Azərbaycanın vətəndaşı kimi birgə yaşayarlar. Amma hər şeyin qaydası var, qaydalara əməl etmək məcburiyyətindədirlər. Önümüzdəki müddətdə Azərbaycan və Türkiyə bu məsələlərə nəzarət edəcək. Rusiya höküməti də üzərinə düşəni etməlidir. Bölgədə qalıcı sülhün, əminamanlığın olmasını arzu edirik. Çox arzulayırıq, çünki bölgədə sülh olarsa, inkişaf da olacaq.

Torpağımızda gözü olandan qonşu olmaz

Qarşımızda altılıq bir əməkdaşlıq platforması var. O platformaya da Ermənistanın cavab verməyi, reallıqla barışması lazımdır. Və beləcə, orada gəlib yaşamayacaq bir diasporadan da əl çəkməsi lazımdır. Yəni Ermənistanın bizim mehriban qonşumuz olması lazımdır. Bizim torpağımızda gözü olan qonşu olmaz, düşmən olar. Ona görə, tez bir zamanda erməni səlahiyyətlilərinin ağıllarını başlarına yığmalarını gözləyirik.

Bu əl erməni xalqına çörək verir

Ağıllarını başlarına yığsınlar. Biz sülh əlimizi uzatdıq, bu əli sıxsınlar, bu əl erməni xalqına çörək verir. Kin, nifrət, düşmənçiliklə bu iş olmaz. Bizimlə dürüst münasibət qurmaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Türkiyəyə qarşı qondarma "soyqrımı" iddiaları, torpaq tələbləri - belə olmaz. Bu məsələlər üçün arada illər itdi. Tez bir zamanda sülhün bərqərar olmasını istəyirik".   

Təhməz Əsədov Son.az

"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir like
  • 03 May 12:44  
Digərləri "Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir

Türkiyənin "Türk Hava Yolları" şirkəti mayın 15-dən etibarən

arrow Ətraflı
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu like
  • 03 May 12:40  
Digərləri Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati əraz

arrow Ətraflı
Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib like
  • 03 May 12:39  
Digərləri Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib

Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib.

arrow Ətraflı
Gürcüstanda son sutkada koronavirusa 509 nəfər yoluxub like
  • 03 May 12:34  
Dünya Gürcüstanda son sutkada koronavirusa 509 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  509 yoluxm

arrow Ətraflı
Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib like
  • 03 May 12:31  
Dünya Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Türkiyənin İraqın şimalında keçirdiyi "Pəncə-Qartal" antiterr

arrow Ətraflı
Hamiləlik like
  • 03 May 12:30  
Digərləri Hamiləlik

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır

arrow Ətraflı
Dünyanı virusa yoluxdurub, özləri belə əylənirlər like
  • 03 May 12:29  
Dünya Dünyanı virusa yoluxdurub, özləri belə əylənirlər

Koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Uhan şəhərind

arrow Ətraflı
Hindistanda dəhşətli vəziyyət hələ də davam edir like
  • 03 May 12:24  
Dünya Hindistanda dəhşətli vəziyyət hələ də davam edir

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına

arrow Ətraflı
Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür? like
  • 03 May 12:20  
Digərləri Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?

Dişlərdə əyrilik balanslı olmayan üz və çənə quruluşuna səbəb olur.

arrow Ətraflı
Aralarındakı qalmaqalın səbəbini açıqladı like
  • 03 May 12:19  
Şou-biznes Aralarındakı qalmaqalın səbəbini açıqladı

Müğənni Səidə Sultan son günlər haqlarında qalmaqallı açıqlamalar ver

arrow Ətraflı
Anna Artsruna ABŞa qaçmağa icazə verdi like
  • 03 May 12:15  
Dünya Anna Artsruna ABŞa qaçmağa icazə verdi

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan h

arrow Ətraflı
“Mall”arın açılması nə zaman mümkün ola bilər? like
  • 03 May 12:14  
Digərləri “Mall”arın açılması nə zaman mümkün ola bilər?

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib, ölk

arrow Ətraflı
“New Media Hub” platforması yaradılır like
  • 03 May 12:11  
Digərləri “New Media Hub” platforması yaradılır

Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurl

arrow Ətraflı
Günellə Rza Zərrabın səs yazısı yayıldı like
  • 03 May 12:09  
Şou-biznes Günellə Rza Zərrabın səs yazısı yayıldı

"Söylemezsem olmaz" verilişində növbəti dəfə Ebru Gündəş il

arrow Ətraflı
Türkiyə vətən müharibəsində Azərbaycanı qətiyyən yalnız qoymayıb like
  • 03 May 12:05  
Siyasət Türkiyə vətən müharibəsində Azərbaycanı qətiyyən yalnız qoymayıb

Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq müna

arrow Ətraflı