Aralarındakı qalmaqalın səbəbini açıqladı


Şou-biznes 03 May 2021 12:19:00 131 0

Aralarındakı qalmaqalın səbəbini açıqladı

Müğənni Səidə Sultan son günlər haqlarında qalmaqallı açıqlamalar verdiyi Xalq artisti Röya Ayxan və ifaçı Natavan Həbibi haqda danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Səidə "ATV maqazin onlarla" proqramında "Röya, yoxsa Natavan" sualına belə cavab verib:

"Heç biri, getsinlər. Deyir, hər zaman dəstək olmuşam. Dəstək olubsa, üzümə lənət. Axı mənə dəstək olmayıb. Hörmət saxlamışam, amma dəstək başqadır. Bacımla yaxındır, öz cəbhəsi var. Mən azad olmuşam, tək. Kimsə özünü bir məclisdə pikdə görür, başqasını əzirsə, orada ola bilmərəm. Heç kim onunla münasibətimə müdaxilə etmədi. Hamı bilir ki, düz deyirəm. Dəli deyiləm durduğum yerdə nəsə deyim. Bu mübahisənin kökündə potensial dayanır. O, bilir ki, qarşısındakının potensialı ondan çoxdur. Səidə Sultan respublikada tanınmış ifaçıdır. Hansısa bir gənc çıxıb oxuyanda, ona sevinirəm".

Müğənni Natavan Həbibi ilə münasibətlərinin korlanmasına da aydınlıq gətirib: 

"Əvvəl dəstək idi, sonra zay oldu. Üzümə dedi ki, niyə beləsən. Çox sözlər dedi, ondan sonra son qoydum. Allah onu xoşbəxt eləsin. Sənətdə rəqib olaq. Çıx da bu aləmdən, ancaq özünə qulaq asır. Bir yerdə ola bilmərik. Gözəl musiqiçidir, savadı var. Amma özü, ancaq "mən-mən" deyir. Gözümü açandan Natavanın yanında çox olurdum. Sərbəstliyi onda gördüm. Bəzən mən onu, bəzən o məni qoruyurdu. Yaşım az idi, indi öz yerimdəyəm. Natavan da deyir, niyə əvvəlki kimi deyilsən".

Səidə zərfdən fotosu çıxan Elnarə Xəlilova haqda "Elnarəylə heç bir mübahisəmiz yoxdur. O deyəcək, mən də cavab qaytaracam. Sənətini sevirəm. Ailəyə bağlıdır, sənəti yaddan çıxıb. Röya, Natavan və Elnarə deyir ki, Səidəni mən gətirmişəm. Üçü də bu sözü deyir. Heç biri mənə rəqib deyil" sözlərini söyləyib.