Son iki həftədə gömrükdə 730 kiloqramdan artıq narkotik aşkarlanıb


Digərləri 03 May 2021 12:04:00 117 0

Son iki həftədə gömrükdə 730 kiloqramdan artıq narkotik aşkarlanıb

Son iki həftə ərzində gömrük işçiləri 730 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O qeyd edib ki, ölkəmizin cənub sərhədlərində gömrük orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.