Ebru Şallı növbədənkənar peyvənd olunma ittihamlarını cavablandırdı


Şou-biznes 03 May 2021 11:49:00 136 0

Ebru Şallı növbədənkənar peyvənd olunma ittihamlarını cavablandırdı

Türkiyəli akrtisa, teleaparıcı və model Ebru Şallı həyat yoldaşı Uğur Akkuşla birlikdə növbədənkənar peyvənd olunmalarıyla bağlı ittihamlara cavab verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Şallı bir neçə gün öncə koronavirusa qarşı peyvənd vurdurmasını əks etdirən videonu sosial şəbəkələrdə paylaşıb.

İstifadəçilər məşhuru növbəsi çatmadan qeyri-qanuni yollarla vaksinasiyadan keçdiyinə görə ittiham ediblər. O isə hazırda həyat yoldaşıyla birlikdə ABŞ-ın Los-Anceles şəhərindəki evlərində yaşadığını və burada "Johnson and Johnson" preparatı ilə peyvənd olunduğunu bildirib.