“Göyçə itirilmiş Vətən” adlı sənədli film hazırlandı


Digərləri 03 May 2021 11:14:00 108 0

“Göyçə  itirilmiş Vətən” adlı sənədli film hazırlandı

Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "Göyçə - itirilmiş Vətən" adlanan film "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.