Arif Quliyevin səhhətindən xəbər var


Şou-biznes 03 May 2021 11:09:00 129 0

Arif Quliyevin səhhətindən xəbər var

Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Son.az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında aktyorun oğlu Rövşən Quliyev deyib. O bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır:

"Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihaza qoşulub. Hələ də ağırdır".

Qeyd edək ki, aktyor koronavirusa yoluxub.