Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq ölkəyə qayıtdı


Digərləri 03 May 2021 10:41:00 129 0

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq ölkəyə qayıtdı

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, qazilərimiz Həmidov Kamran Qəribxan oğlunun və Quliyev Elnur İbadət oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 65 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!