Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib


Siyasət 03 May 2021 10:50:00 36 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib

Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və "Blue Marine Foundation" təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında həmin milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib. Ümid yerləri "Mission Blue" təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir. Ümid yerlərinin elan edilməsində əsas məqsəd okeanların qorunması üzrə qlobal hərəkatı dəstəkləmək və daha geniş su ərazilərinin mühafizə edilməsinə nail olmaqdır.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Zəngin hövzələr" layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.

Son.az 

"Rusların son aydakı hərbi fəallığı böyük müharibəyə hazırlıq deyil, qorxutmaq cəhdidir" like
  • 03 May 10:49  
Dünya "Rusların son aydakı hərbi fəallığı böyük müharibəyə hazırlıq deyil, qorxutmaq cəhdidir"

Ukrayna ordusunun sərt cavab atəşi düşmənin cəbhədə sakitləşməsi ü

arrow Ətraflı
Qonşularımızdan neft məhsullarının ixracına qadağa like
  • 03 May 10:44  
Digərləri Qonşularımızdan neft məhsullarının ixracına qadağa

Qazaxıstan və Rusiya bəzi neft məhsullarının ixracına bir neçə aylıq q

arrow Ətraflı
İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: like
  • 03 May 10:42  
Dünya İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri:

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə

arrow Ətraflı
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq ölkəyə qayıtdı like
  • 03 May 10:41  
Digərləri Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq ölkəyə qayıtdı

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən T

arrow Ətraflı
“Qremmi” mükafatı yeni qaydalarla təqdim olunacaq like
  • 03 May 10:39  
Şou-biznes “Qremmi” mükafatı yeni qaydalarla təqdim olunacaq

2022-ci ildə təqdim olunacaq "Qremmi" mükafatlarında bir sıra yen

arrow Ətraflı
Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr gecəsidir like
  • 03 May 10:36  
Digərləri Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

arrow Ətraflı
Bəhram İbrahimov amalı uğrunda şəhid oldu like
  • 03 May 10:34  
Digərləri Bəhram İbrahimov amalı uğrunda şəhid oldu

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı tanıtdırmağa da

arrow Ətraflı
Mətanətin gəlinindən GÖZLƏNİLMƏZ PAYLAŞIM like
  • 03 May 10:29  
Şou-biznes Mətanətin gəlinindən GÖZLƏNİLMƏZ PAYLAŞIM

Xəbər verdiyimiz kimi əməkdar artist Mətanət İsgəndərli koronavirus in

arrow Ətraflı
Tikintibərpa işləri bu ərazilərdə otellərə tələbatı dəfələrlə artırdı like
  • 03 May 10:24  
Digərləri Tikintibərpa işləri bu ərazilərdə otellərə tələbatı dəfələrlə artırdı

Torpaqlarımız işğaldan azad edildikdən sonra bölgədə infrasturuktur layi

arrow Ətraflı
Britni Spirsin diaqnozu məlum olub like
  • 03 May 10:19  
Şou-biznes Britni Spirsin diaqnozu məlum olub

Tanınmış pop ifaçısı Britni Spirsin atası onun diaqnozunu açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda qatil molla: like
  • 03 May 10:16  
Digərləri Azərbaycanda qatil molla:

Aprelin 28-də Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdl

arrow Ətraflı
Kadırovun rəsmi gəliri like
  • 03 May 10:09  
Digərləri Kadırovun rəsmi gəliri

Çeçenistan rəhbərinin rəsmi portalında Ramzan Kadırovun 2020-ci ilin sonu

arrow Ətraflı
Pensiyaçılara ŞAD XƏBƏR: like
  • 03 May 10:06  
Digərləri Pensiyaçılara ŞAD XƏBƏR:

Mayın 8-də bütün pensiyaların ödənişi həyata keçiriləcək.

arrow Ətraflı
Qarabağı dirçəldəcək iki nəhəng layihə: Füzuli Hava Limanı və Zəfər yolu  VİDEO like
  • 03 May 10:05  
Digərləri Qarabağı dirçəldəcək iki nəhəng layihə: Füzuli Hava Limanı və Zəfər yolu VİDEO

İşğaldan azad edilmiş ərazilərin tikintisi və müasir infrastrukturun yar

arrow Ətraflı
Qaz xətti var amma 7 ildir bu binalara qaz verilmir like
  • 03 May 10:04  
Digərləri Qaz xətti var amma 7 ildir bu binalara qaz verilmir

Abşeron rayon Mehdiabad qəsəbəsindəki gənclər şəhərciyində 6 binaya q

arrow Ətraflı