Tikintibərpa işləri bu ərazilərdə otellərə tələbatı dəfələrlə artırdı


Digərləri 03 May 2021 10:24:00 137 0

Tikintibərpa işləri bu ərazilərdə otellərə tələbatı dəfələrlə artırdı

Torpaqlarımız işğaldan azad edildikdən sonra bölgədə infrasturuktur layihələr həyata keçirilir. Tikinti -bərpa işləri bu ərazilərdə otellərə tələbatı dəfələrlə artırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ordumuz işğalda olan torpaqlarımızı azad etdikdən sonra  bölgədə quruculuq abadlıq işləri sürətlə  getməyə başladı. Bu da regionda inkişafa səbəb olub.

Tikinti bərpa işləri aparıldığı müddətdə bölgədə otelllrə tələbat artıb. Bərdə və Ağdam rayonlarda otel işlədənlər deyir ki, həm bölgəyə səfərlər çoxalıb, həm də tikinti işləri sürətlənib. Bu səbəbdən də gecə qalmalı olanlar otellərə mürəciət edirlər.

Qısa müddətli qalanlar daha ucuz otellərə üstünlük verirlər.

İşləri ilə əlaqədar olaraq uzun müddət qalanlarin seçimi isə kirayə mənzillər olur. Ev qalqı -satqısı ilə məşgul olanlar deyir ki, az qala hər gün kürayə mənzil soruşan var.

Füzuli, Beyləqan Ağcabədi rayonlarında da otel və kirayə mənzillərə tələbat çoxalıb. Bildirilir ki, bu ərəfədə füzuli və ətrfaında olan otellərdə artıq yer tapmaq çətin olur.