Bəhram İbrahimov amalı uğrunda şəhid oldu


Digərləri 03 May 2021 10:34:00 130 0

Bəhram İbrahimov amalı uğrunda şəhid oldu

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız Yevlax rayon sakini Bəhram İbrahimovdur. O, Goranboy və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il oktybarın 7-də gərgin döyüşlərin birində şəhadətə ucalıb. Onun nəşi bu ilin yanvarında tapılaraq ailəsinə təhvil verilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhadətə yüksələndə 21 yaşı vardı Bəhram İbrahimovun. Yevlaxın Ərəbbəsrə kəndində doğulmuşdu. Hələ uşaq yaşlarından valideynlərinə hərbçi olacağını, torpaqlarımızı işğaldan azad edəcəyinə söz vermişdi.

44 günlük Vətən müharibəsi başlayan gün ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yolanmaq üçün müraciət edir. Yaxınları onun döyüşə yollanarkən sevinərək, hətta oynaya-oynaya getdiyini bildirirlər.

Bəhram İbrahimov Goranboy, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə ötən il oktybarın 4-də atası ilə danışıb hallalıq aldıqdan sonra onunla əlaqə kəsilib. 7 oktyabrda Suqovuşan istiqamətində şəhadətə yüksəlib.

Qəhrəmanımızın doğulduğu Ərəbbəsrə kəndindəki ev Yaşat fondu tərəfindən təmir edilir. Ötən il 7 oktyabrda şəhid olan Bəhram İbrahimovun nəşi bu il yanvarın 12-də tapılaraq ailəsinə təhvil verilib.