Kadırovun rəsmi gəliri


Digərləri 03 May 2021 10:09:00 126 0

Kadırovun rəsmi gəliri

Çeçenistan rəhbərinin rəsmi portalında Ramzan Kadırovun 2020-ci ilin sonu üçün gəlir və əmlak bəyannaməsi ilə bağlı məlumat yerləşdirilib.

Son.az "kavkaz.realii"ya istiandən xəbər verir ki, həmin sənədə əsasən Ramzan Kadırovun gəliri göstərilən müddətdə iki dəfədən çox artıb.

2020-ci ildə Kadırovun 381 milyon rubl qazandığı qeyd olunur. Bir il əvvəl-2019-cu ildə onun gəliri 147 milyon, 2018-ci ildə isə yeddi milyon yarım olub. Beləliklə, son iki ildə Ramzan Kadırov sərvətini 50 dəfədən çox artırıb, amma gəlir mənbələri göstərilməyib.

Bəyannamədə qeyd edildiyinə görə, Çeçenistan rəhbərinin 32 min kvadratmetrdən çox olan iki torpaq sahəsi və 2344 kvadrat metrlik bir evi var.

Kadırov Putindən onu jurnalistlərdən qorumasını xahiş edir

Bundan əlavə, Kadırovun həyat yoldaşının adına 209 kv. metrlik bir mənzil də var. Rəsmi məlumata görə, Kadırov hər hansı avtomobilə malik deyil. Amma o, müntəzəm olaraq xarici avtomobillər hədiyyə edir, özü isə zirehli limuzinlər kortejindən qürur duyur.