Dünya Türkləri İş Adamları Dərnəyi yaradılıb


Digərləri 02 May 2021 23:06:00 190 0

Dünya Türkləri İş Adamları Dərnəyi yaradılıb

Türkiyənin Ankara şəhərində Dünya Türkləri İş Adamları Dərnəyi (DTÜRK) yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, quruma iş adamı Gencehan Tunay rəhbərlik edəcək.

Məlumata əsasən, Dərnəyin yaradılmasında məqsəd 350 milyonluq türk dünyasını yeni dünyada inkişaf etdirmək və iş birliyini inkişaf etdirərək iqtisadi bazaya çevirməkdir.

İş adamı Gencehan Tunay başçılığında qurulan DTÜRK müasir ümumbəşəri dəyərlər çərçivəsində Türkiyə, Türk dünyası və digər ölkələrin iş adamları ilə əməkdaşlıq etməyi hədəfləyir.

Dünya Türkləri İş Adamları Dərnəyinin prezidenti Gencehan Tunay qurumun məqsəd və vəzifələrini belə izah edib:

"Türk dünyasının tarixi və mədəni təcrübələrindən maksimum dərəcədə istifadə edərək türkdilli ölkələr və əlaqəli icmalar arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və birləşdirmək, əməkdaşlıq şurası yaratmaq.