Orucun orqanizmə faydası barədə


Digərləri 02 May 2021 22:15:00 145 0

Orucun orqanizmə faydası barədə

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız" .

İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir. (Erfan)

Həkim rəylərindən birində deyilir: "Oruc vasitəsilə xəstəliyi müalicə etmək o qədər möcüzəlidir ki, tibbin əməli yollarını dəyişdirir. Çünki oruc tibb elminə yeni yol açır. O, xəstəliklərlə mübarizə silahıdır. Bu, elə bir silahdır ki, müxtəlif yollarla ondan istifadə etmək olar. Xəstəliklərlə mübarizədə yaxşı nəticələr verir".

Bəli, oruc vasitəsilə bir çox xəstəlikləri müalicə etmək olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, diqqət etrmək lazımdır ki, bəzi qısadüşüncəli insanların dediklərinin əksinə olaraq, orucun insan üçün heç bir zərəri yoxdur. Əgər kimsə xəstə olarsa, bu vacibatı yerinə  yetirməkdən azaddır. Ancaq əgər oruc tutarsa və xəstəliyi daha şiddətlənərsə, haram iş görmüş olar.

Sağlam insan bilməlidir ki, oruc nəinki onlara ziyan deyil, əksinə  sağlamığın rəhnidir. Oruc tutmayan bəziləri deyirlər ki, oruc mədənin zədələnməsinə səbəb olur. Bu sözlərə fikir vermək lazım deyildir. Bu ancaq nəfsinin qulu olan insanların bəhanəsidir.

Oruc tutan insanın mədəsi istirahət edər. Oruc tutan insanın mədəsi başqa insanlara nisbətən daha sağlam olar.

Orucla müalicə edilən xəstəliklər.

1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı  iki yemək arasında su içməmək çox xeyirlidir.

2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək və səhər vaxtı su içmək çox faydalıdır.