Bakıda oğurluq edən şəxs tutuldu


Digərləri 02 May 2021 22:07:00 140 0

Bakıda oğurluq edən şəxs tutuldu

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Bakı şəhər sakinləri N.Məmmədlinin cibindən içərisində pul və sənədləri olan, E.Rəsulun cibindən içərisində 350 manat pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini F.İbrahimov saxlanılıb.