Niyə qızlar oğlanlardan 6 il daha tez ibadətə başlayırlar?


Digərləri 02 May 2021 21:45:00 149 0

Niyə qızlar oğlanlardan 6 il daha tez ibadətə başlayırlar?

Bəzən belə bir sual yaranır ki, niyə qadınlar kişilərdən 6 il daha tez namaz və oruca mükəlləf olurlar? Bu qadınlara əziyyət deyilmi?

Ustad Cavadi Amuli bu suala belə cavab vermişdir: "Nəinki qadınlara zülm olunmayıbdır, əslində onlara xüsusi inayət nəsib olmuşdur. Siz elə  bir məbəd təsəvvür edin ki, ora ancaq icazə ilə daxil olmaq olar. Əgər həmin məbədə qadına 6 il kişilərdən daha tez yol verilirsə, bu, Allahın inayətindən başqa bir şey deyildir.

Müqəddəs dinimizin qadına qarşı xüsusi nəzəri vardır. Həddi-büluğa çatmaq - əslində şərafətə çatmaqdır, təklifə deyil. Hər kim həddi-büluğa çatar, əslində Allahla görüş şərəfinə nail olmuş olar.

İmam Səccad (ə) duaların birində buyurur: "Ey o Allah ki, adın şərafət mənbəyidir".

Ona görə də əgər kiməsə Allah zikri üçün icazə verilər - deməli, buna ləyaqət əldə etmişdir. Hər kim Allahı yada salar, Allah da onu yada salar.