Necə edək ki, Allahla münacatdan ləzzət alaq?


Digərləri 02 May 2021 21:50:00 145 0

Necə edək ki, Allahla münacatdan ləzzət alaq?

İnsanın zahiri hiss orqanları olduğu kimi, batini hiss qüvvəsi də mövcuddur. İnsanın batini gözü və batini qulağı vardır ki, mənəvi ləzzətləri onların vasitəsilə dərk edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın mənəvi ləzzəti dərk etməsi üçün əbd və bəndə olduğunu dərk etməsi mühümdür. Əgər agah olsaq ki, biz bəndəyik və Allah bizim Mövlamızdır - Ona itaət etməliyik. Bu agahlıq və ibadət sayəsində insan mənəvi ləzzəti əldə edə biləcəkdir.

Bəs bu agahlığa necə çataq?

1. Təfəkkür etmək. İnsanın özü haqqında və Allahın nemətləri barəsində düşünməsi sayəsində, Allah haqqında məlumatı artar. Bu haqda mütaliə etmək və suallar verib cavablar almaq, get-gedə nəfsimizə təsir qoyacaqdır.

Elə ki, Allahı tanıdıq - daha böyük şövqlə Onunla münacat edəcəyik.

2. Vacibatları yerinə yetirmək və günahı tərk etmək. İbadətin həqiqi ləzzətini dərk etmək üçün gərək ruhumuz günaha bulaşmasın. Çünki günah - münacat ləzzətini dərk etməyə mane olan ən mühüm amildir. Ona görə də tövbə və istiğfar edərək, ruhumuzu günahdan paklaya bilər və Allahla ibadətin ləzzətini dərk edə bilərik.