Restoranlarla bağlı yeni qadağa Yeməyini axıra qədər yeməyənlər...


Dünya 02 May 2021 15:49:00 126 0

Restoranlarla bağlı yeni qadağa  Yeməyini axıra qədər yeməyənlər...

Çində ərzaq israfına qarşı mübarizə üçün qanun qəbul edilib. Belə ki, ictimai iaşə obyektlərinin müştəriləri boşqablarında yeyilməyən yeməklərə görə cərimələnəcək.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər yayıb.

Cərimənin miqdarı və hansı şəraitdə veriləcəyi hələ açıqlanmayıb.

Qanun Çinin saxlama, daşınma və emal mərhələlərində hər il təxminən 35 milyard kiloqram taxıl itirməsi və şəhərlərdə hər gün 50 ton qida tullantıları istehsal etməsi səbəbindən qəbul edilib.

Bildirilir ki, bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.