"Qorxaq qadın deyiləm"


Şou-biznes 02 May 2021 13:51:00 141 0

"Qorxaq qadın deyiləm"

"Masumiyet" serialında Hülya Avşarın ssenariyə əsasən həmkarı Ertuğrul Postoğluna sillə vuraraq çənəsini çıxarması səs-küy yaradıb.

Son.az axşam.az-a istinadən bildirir ki, Nilgün Belgün "Twitter"də paylaşım edərək "Sillə vurmaq da savad tələb edir" sözlərini yazıb. Belgünün bu sözü Avşara atdığı iddia edilib.

Aktrisa məsələ ilə bağlı danışaraq "Onu rol üçün yazmışam. Hülya Avşara söz atdığım deyildi. Qızını çox sevirəm. Sözlərim səhv başa düşüldüyü üçün sildim. Qorxudan silmədim. Qorxaq bir qadın deyiləm. Heç kimdən qorxmuram" sözlərini deyib.