İranda güclü yanğın FOTO


Dünya 02 May 2021 12:52:00 142 0

İranda güclü yanğın  FOTO

Bu gün saat 06:00 radələrində İranın Qum vilayətində kimya zavodunda güclü yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qum vilayətinin yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kərimi deyib.

H.Kəriminin sözlərinə görə, baş verən yanğın nəticəsində bir neçə partlayış qeydə alınıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürmə maşını cəlb olunub.

Kərimi əlavə edib ki, hadisədə ikisi yanğınsöndürmə maşını olmaqla 5 avtomobil yanıb. 2 yanğınsöndürmə əməkdaşı yaralanıb.

İranlı rəsmi yanğının söndürüldüyünü bildirib.