İgidlər “Allahü Əkbər” sədaları və güllə yağışı altında Azərbaycan bayrağını zirvəyə sancır VİDEO


Digərləri 02 May 2021 13:11:00 160 0

İgidlər “Allahü Əkbər” sədaları və güllə yağışı altında Azərbaycan bayrağını zirvəyə sancır  VİDEO

44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan təbliğatı Azərbaycanın tərəfində guya "Yaxın Şərqdən gətirilmiş terrorçuların" döyüşdüyü haqda hər gün hay-küy salırdı. Və bunun sübutu kimi irəli sürülən "dəlillərdən" biri də  bu idi ki, hücuma keçən Azərbaycan ordusu sıralarından "Allahü Əkbər" sədaları eşidilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu isə düşmən təbliğatçılarının nəzərincə, Azərbaycan ordusunun sıralarında "İŞİD-çilərin döyüşdüyünə" birbaşa "sübut" idi.

Lakin görünür ermənilər unutmuşdular ki, Azərbaycan müsəlman ölkəsidir və bir müsəlmanın üçün döyüşə "Allahü Əkbər" sədaları ilə girməsi çox təbiidir. Sonradan qazilərimiz öz döyüş xatirələrində düşmənin üstünə "Allahü Əkbər" deyərək necə şığıdıqlarını, bölmələrin bir çoxunun parolunun məhz "Allahü Əkbər "olduğunu, düşmənin təkbir sədalarını eşidəndə necə qorxuya düşüb qaçdıqlarını danışırdılar. İndi sosial şəbəkələrdə bir qrup döyüşçünün düşmənin güllə yağışı altında "Allahü Əkbər" hayqıraraq yüksəkliyə doğru necə irəlilədiyini, ora Azərbaycan bayrağını sancdıqlarını əks etdirən görüntülər yayılıb. Nəzərə alanda ki, 4 günlük müharibənin videosalnaməsi ancaq sosial şəbəkələrdə yayılan və döyüşçülərimiz tərəfindən mobil telefonlarla çəkilən qısa videolardan ibarətdir, müharibənin başa çatmasından təxminən 6 ay keçsə də həmin videonu oxuculara təqdim etməyi qərara aldıq.