Ermənistanla sərhəddə Azərbaycan hərbçilərindən peşəkarlıq dərsi VİDEO


Digərləri 02 May 2021 11:14:00 152 0

Ermənistanla sərhəddə Azərbaycan hərbçilərindən peşəkarlıq dərsi  VİDEO

Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.

Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.

Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.