Münaqişə zonasından 33 mindən artıq insan çıxarıldı


Dünya 02 May 2021 11:07:00 178 0

Münaqişə zonasından 33 mindən artıq insan çıxarıldı

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar səbəbilə Batken və Leylek rayonlarından 33 388 Qırğızıstan vətəndaşı təxliyə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə və sosial inkişaf nazirinin müavini Aliza Soltonbekova deyib.

Onun sözlərinə görə, təxliyə edilənlərdən 19 142 nəfəri uşaqdır. Təxliyə edilənlərə humanitar yardımın göstərilməsi üzrə işlər aparılır.