Londonda etiraz aksiyaları 9 nəfər saxlanıldı


Dünya 02 May 2021 10:36:00 136 0

Londonda etiraz aksiyaları  9 nəfər saxlanıldı

Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz nümayişi zamanı 9 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Britaniya paytaxtının mərkəzindən keçən yürüşdə mindən çox insan iştirak edib.

İngiltərə şəhərlərində polisə əlavə səlahiyyətlər verən, o cümlədən etiraz nümayişlərini dağıtmaq, vandalizm və ictimai qayda pozuntularına görə cəzaları sərtləşdirən mübahisəli qanun layihəsinə qarşı nümayişlər koronavirus məhdudiyyətlərinə baxmayaraq mart ayından indiyədək davam edir.