Düşənbədə güclü partlayış


Dünya 02 May 2021 09:26:00 133 0

Düşənbədə güclü partlayış

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Son.az APA-ya istinadən bildirir ki, baş verən güclü partlayış nəticəsində 29 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi xəbər verib. Məlumata görə, onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə axşam saatlarında "Zarafşon" mikrorayonunda olub.

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Yaxınlıqdakı Təcili yardım stansiyasına yanıq və digər xəsarətlərlə 15 nəfər müraciət edib.