10 milyon dollara satılan avtomobil nömrəsi


Dünya 02 May 2021 09:13:00 117 0

10 milyon dollara satılan avtomobil nömrəsi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xeyriyyə hərracında avtomobil nömrəsi 10 milyon dollardan çox qiymətə satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iki hərfdən və bir rəqəmdən ibarət olan avtomobil qeydiyyat nişanının satışı onlayn rejimdə baş tutub və 38 milyon dirhəmə (10 milyon dollardan çox) əldə edilib.

AA9 nömrəsini alan alıcının adı açıqlanmayıb. Həmin gün U31, T38 və E51 avtomobil qeyd nömrələri də hərraca çıxarılıb. Ümumilikdə, hərrac 48,5 milyon dirhəm (13,2 milyon dollar) qazanıb.

Hərraca Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum da qatılıb.