Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar


Siyasət 01 May 2021 16:13:00 49 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Arif oğlu Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986-1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987-1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Adil Əliyev

Eldar Əzizov

Yusuf Məmmədəliyev

Çingiz Hüseynzadə

Ağacan Abıyev

Fuad Hacıyev

Fərid Cəfərov

İlqar Rəhimov".

Son.az 

Sevil Mikayılova: BMT və ATƏTin bu məsələdə effektiv iş görəcəyinə inam yoxdur like
  • 01 May 16:11  
Siyasət Sevil Mikayılova: BMT və ATƏTin bu məsələdə effektiv iş görəcəyinə inam yoxdur

Bu günədək həm BMT, həm də ATƏT tərəfindən işlək mexanizmlərin orta

arrow Ətraflı
Baş nazir Əli Əsədov qərar imzaladı like
  • 01 May 16:09  
Siyasət Baş nazir Əli Əsədov qərar imzaladı

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uç

arrow Ətraflı
Fransada "sarı jiletlilər"in aksiyası başlayıb like
  • 01 May 16:02  
Dünya Fransada "sarı jiletlilər"in aksiyası başlayıb

Fransada 1 may Əmək günü münasibətilə "sarı jiletlilər"in aks

arrow Ətraflı
Vaxtında qarşısı alındı: like
  • 01 May 15:52  
Digərləri Vaxtında qarşısı alındı:

Qanunsuz fəaliyyət göstərən süd məhsullarının istehsalı müəssisəsin

arrow Ətraflı
Həsən Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı like
  • 01 May 15:45  
Digərləri Həsən Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı

Son.az Kulis.az-a istinadən Xalq artisti Sofa Bəsirzadə haqqında maraqlı f

arrow Ətraflı
"Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir" like
  • 01 May 15:37  
Kriminal "Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir"

Dünyanın bir çox ölkələrində caz-muğam sənətini layiqli davam etdirən

arrow Ətraflı
Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib like
  • 01 May 15:33  
Siyasət Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman nazi

arrow Ətraflı
Bel ağrılarından xilas olun like
  • 01 May 15:30  
Digərləri Bel ağrılarından xilas olun

Pandemiya səbəbilə iş həyatının evdə davam etdirilməsi kompüter qarş

arrow Ətraflı
Rusiyada son sutkada 9270 nəfər COVID19a yoluxub like
  • 01 May 15:22  
Dünya Rusiyada son sutkada 9270 nəfər COVID19a yoluxub

Rusiyada son sutka ərzində daha 9270 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Ordumuz “həyəcan” siqnalı ilə qaldırıldı like
  • 01 May 15:20  
Digərləri Ordumuz “həyəcan” siqnalı ilə qaldırıldı

Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyü

arrow Ətraflı
İftar üçün yeni ləzzət: like
  • 01 May 15:15  
Digərləri İftar üçün yeni ləzzət:

Son.az bu dəfə sizi Osmanlı saray mətbəxindən möhtəşəm reseptlə tan

arrow Ətraflı
Müəllimlərin iş yerinin dəyişdirilməsinə start verilir like
  • 01 May 15:13  
Digərləri Müəllimlərin iş yerinin dəyişdirilməsinə start verilir

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələri

arrow Ətraflı
Paşinyanın reytinqi 5 faizə yaxın azalıb like
  • 01 May 15:10  
Dünya Paşinyanın reytinqi 5 faizə yaxın azalıb

Ermənistanın baş naziri Nikol Paşinyanın "Mənim addımım" bloku

arrow Ətraflı
Ağcabədidə iki yük avtomobili toqquşub, like
  • 01 May 15:07  
Digərləri Ağcabədidə iki yük avtomobili toqquşub,

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Arif Quliyevin SON DURUMU like
  • 01 May 15:03  
Şou-biznes Arif Quliyevin SON DURUMU

Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliye

arrow Ətraflı