Rusiyada son sutkada 9270 nəfər COVID19a yoluxub


Dünya 01 May 2021 15:22:00 122 0

Rusiyada son sutkada 9270 nəfər COVID19a yoluxub

Rusiyada son sutka ərzində daha 9270 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 4 814 558 nəfərə çatıb.

Son sutka ərzində 392 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 110 520 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.