Londona getmək istəyənlərə


Digərləri 01 May 2021 13:19:00 133 0

Londona getmək istəyənlərə

AZAL London şəhərinə reysləri iyun ayından başlayaraq yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" aviaşirkətindən Son.az-a verilən məlumata görə, şirkətin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir. ⠀ Bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır. ⠀ Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu. ⠀ Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər. ⠀ AZAL aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etməyi xahiş edir.