Ekspert Ermənistanın revanşizm iddialarının fəsadları haqda danışdı


Siyasət 01 May 2021 13:04:00 51 0

Ekspert Ermənistanın revanşizm iddialarının fəsadları haqda danışdı

Bu gün Ermənistanda səsləndirilən revanşizm iddiaları ölkə üçün daha ağır nəticələrə gətirib çıxara və ölkənin gələcəyini sual altına qoya bilər.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputat Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Ermənistanda mövcud olan böhran daha da dərinləşib:

"Bu böhran özünü sosial-iqtisadi və ictimai-siyasi sahədə çox kəskin formada göstərməkdədir və bunun səbəbi 30 il ərzində Ermənistan siyasi hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasətidir. İstər hakimiyyətdə olan qüvvələr, istərsə də xaricdəki diaspor təşkilatları erməni xalqından hər zaman bir alət kimi istifadə ediblər və bu gün istifadə etməyə davam edirlər. Onlar erməni xalqını zəhərləyiblər, xəstə təfəkkürü xalqa təbliğ ediblər. Onlar bir şeyi anlamırlar ki, ölkənin ağır durumunun səbəbi məhz hər zaman Türkiyəfobiya və Azərbaycanfobiyadır".

Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra regionda bir çox əməkdaşlıq platformaları yaranıb, o cümlədən nəqliyyat-logistika üzrə əməkdaşlıq platforması yaranıb və onun içərisində Zəngəzur dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir:

"Ermənistan bu imkanlardan istifadə edərək ağır iqtisadi durumdan çıxa bilər. Ermənilər sevinməlidirlər ki, onları bu əməkdaşlıq plaftomalarına qoşurlar, baxmayaraq ki, hər zaman Azərbaycana qarşı düşmənçilik mövqeyində olublar. Azərbaycan isə Vətən müharibəsindən sonra da mövcud reallıqları görür və regionun inkişafının, sülh və sabitliyin bərqərar olmasının yalnız əməkdaşlıqdan keçdiyini anlayır. Erməni xalqı da bu reallıqları anlamalıdır, düşmənçilik və revanşist iddialarından əl çəkməlidirlər, içlərində olan kin və xisləti atmalıdırlar və anlamalıdır ki, ermənilər üçün bu əməkdaşlıq düşdükləri ağır durumdan qurtulmaqüçün son bir şansdır ki.

Əgər onlar bunu anlamasalar, Ermənistanın bir dövlət kimi qalması sual altına düşür. Ermənistanda revanşizm bir daha baş qaldırsa və Azərbaycanı təhdid etsələr, bu dəfə onlar üçün olduqca ağır nəticələr ola bilər. Erməni xalqı bir şeyi anlamalıdır ki, istər müharibə, istər post-müharibə dövründə onları müharibəyə çağıran diaspor təşkilatları Ermənistanda əhalinin yaşadığı ağır vəziyyəti anlaya bilməzlər. Çünki onlar bu ağırlığı görmürlər, xaricdə rahat şəraitdə yaşayırlar. Erməni xalqı bunu anlamalı və revanşist qüvvələrdən azad olmalıdırlar".

Son.az 

"Başını sal işini gör, pul qazanana mane olma" like
  • 01 May 12:59  
Şou-biznes "Başını sal işini gör, pul qazanana mane olma"

"Moskvaya nə qədər dəvət alıram. Kaş gedərdim... Amma getsəm, mən

arrow Ətraflı
Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən tutuldu like
  • 01 May 12:54  
Digərləri Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən tutuldu

Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən yaxalanıb.

arrow Ətraflı
Uqandalı yetimyesirə su quyusu qazdıran, like
  • 01 May 12:49  
Digərləri Uqandalı yetimyesirə su quyusu qazdıran,

Avropada yaşayan Türkiyə və Azərbaycan vətəndaşları Afrika ölkəsi Uqa

arrow Ətraflı
Bazar gününün HAVA PROQNOZU like
  • 01 May 12:44  
Digərləri Bazar gününün HAVA PROQNOZU

Sabahın hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Yeni mərkəzlərdə il ərzində 1800ə yaxın uşaq müalicə olunacaq  like
  • 01 May 12:39  
Digərləri Yeni mərkəzlərdə il ərzində 1800ə yaxın uşaq müalicə olunacaq

Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il is

arrow Ətraflı
İki yerdə yas mərasimi dayandırılıb like
  • 01 May 12:34  
Digərləri İki yerdə yas mərasimi dayandırılıb

Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib.

arrow Ətraflı
Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur? like
  • 01 May 12:31  
Digərləri Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur?

Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azə

arrow Ətraflı
"Azərbaycan Ordusu gücün qanundan daha vacib olduğunu göstərdi" like
  • 01 May 12:30  
Siyasət "Azərbaycan Ordusu gücün qanundan daha vacib olduğunu göstərdi"

"Türkiyə-Azərbaycan birlikdə nə qədər çox hərəkət edərsə, sine

arrow Ətraflı
Tacikistan Qırğızıstanın sərhəd kəndini atəşə tutub like
  • 01 May 12:24  
Dünya Tacikistan Qırğızıstanın sərhəd kəndini atəşə tutub

Tacikistan hərbçiləri Qırğızıstanın Arka kəndində yaşayış evlərini

arrow Ətraflı
Natiq Cəfərli: Bir "iPhone" almaq üçün 1,2 t pomidor satmaq lazımdır like
  • 01 May 12:19  
Digərləri Natiq Cəfərli: Bir "iPhone" almaq üçün 1,2 t pomidor satmaq lazımdır

Aqrar sektorun həcmi geniş olsa da, dəyəri çox azdır. Obrazlı desək, 1,2

arrow Ətraflı
Fuad Xudayara görə bu cür cəzalandırılsın like
  • 01 May 12:14  
Digərləri Fuad Xudayara görə bu cür cəzalandırılsın

Şəhid Xudayar Yusifzadənin ünvanına işlətdiyi aşağılayıcı ifadə il

arrow Ətraflı
"Dubay qalmaqalı"nın qəhrəmanı həbsdən çıxdı: like
  • 01 May 12:09  
Şou-biznes "Dubay qalmaqalı"nın qəhrəmanı həbsdən çıxdı:

Dubayda eyvanda çılpaq fotosessiyanın təşkilatçısı kimi tanınan Vitali

arrow Ətraflı
Ermənistanda daha 20 nəfər koronavirusdan ölüb like
  • 01 May 12:04  
Dünya Ermənistanda daha 20 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 532 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
İqtisadi Şuranın növbəti iclasları keçirilib  FOTO like
  • 01 May 11:54  
Digərləri İqtisadi Şuranın növbəti iclasları keçirilib FOTO

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasları keçirilib

arrow Ətraflı
Aygün Kazımova LÜKS avtomobilində like
  • 01 May 11:49  
Şou-biznes Aygün Kazımova LÜKS avtomobilində

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqq

arrow Ətraflı