"Azərbaycan Ordusu gücün qanundan daha vacib olduğunu göstərdi"


Siyasət 01 May 2021 12:30:00 148 0

"Azərbaycan Ordusu gücün qanundan daha vacib olduğunu göstərdi"

"Türkiyə-Azərbaycan birlikdə nə qədər çox hərəkət edərsə, sinergetik güc o qədər böyük olacaq".

Bunu Son.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

General bildirib ki, Azərbaycanın gücü nə qədər çox artsa, Qarabağdakı məsələlər o qədər sürətli həllini tapacaq:

"Qarabağ Zəfəri böyük bir müvəffəqiyyətdir. Ancaq problemin həlli aranlı-dağlı bütün Qarabağ bölgəsinin Azərbaycan Ordusunun nəzarəti altında olacağı zaman baş verəcək.

Minsk Qrupu deyilən təşkilat 28 ildir vəzifəsini yerinə yetirmədi. Gələcəkdə işləyəcəyi də sual altındadır. Bu qurum Qarabağ bölgəsini qeyd-şərtsiz Azərbaycana təhvil vermək üçün heç bir səy göstərmədi. Ancaq şanlı Azərbaycan Ordusu zamanında öz missiyasını yerinə yetirərək işğal altındakı torpaqları azad edərkən düşməni atəşkəsə çağırdı. Bu, həqiqətən çox maraqlı və kədərli bir vəziyyətdir. Bu, gücün beynəlxalq münasibətlərdə qanundan daha vacib olduğunu göstərən ən vacib sübutdur.

Azərbaycan kifayət qədər güclüdür. Bu gücü nə qədər artırsaq, problem o qədər sürətli həllini tapacaqdır. Türkiyə-Azərbaycan birlikdə nə qədər çox hərəkət edərsə, sinergetik güc o qədər böyük olacaq".

Təhməz Əsədov Son.az