Natiq Cəfərli: Bir "iPhone" almaq üçün 1,2 t pomidor satmaq lazımdır


Digərləri 01 May 2021 12:19:00 162 0

Natiq Cəfərli: Bir "iPhone" almaq üçün 1,2 t pomidor satmaq lazımdır

Aqrar sektorun həcmi geniş olsa da, dəyəri çox azdır. Obrazlı desək, 1,2 ton pomidor satmaq lazımdır ki,  "iPhone" ala biləsən.

Son.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, neft emalına diqqət artırılmalıdır:

"Dünyada trend dəyişir. Bir müddət sonra neft yanacaq kimi istifadə olunmayacaq. Nəzərə almalıyıq ki, neftdən yalnız yanacaq deyil, 170 adda məhsul almaq mümkündür. Bizdə neftin keyfiyyəti də yüksəkdir. Bəlkə də 65-66 dollara satdığımız 1 barel neftdən elə məhsul əldə edə bilərik ki, onu 600-700 dollara satmaq mümkün olar".

Ekspert onu qeyd edib ki, aqrar sənaye sektoruna keçid edilməlidir:

"Yəni aqrar sektorda son məhsul sənayedə çıxmalıdır. Bu məhsullar xarici bazarlarda daha baha satılacaq".