Paşinyan 50 min dollar ziyana düşdü


Digərləri 01 May 2021 11:39:00 138 0

Paşinyan 50 min dollar ziyana düşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Kazandan Ermənistana qayıtmaq üçün 50.000 dollara özəl təyyarə kirayəyə götürüb.

Son.az qafqazinfo-a istinadən xəbər verir ki, bu barədə Mediaport Telegram kanalı xəbər verir. Buna səbəb Paşinyanın Kazandan uçmağı planlaşdırdığı ilk təyyarədə texniki nasazlığın aşkar edilməsidir.

Məlumata görə, Paşinyan artıq Yerevana qayıdır.

Qeyd edək ki, Paşinyan Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib. O, rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə ötən gündən bəri Yerevana qayıda bilmir.