Evini tərk edən daha 5 koronavirus xəstəsi saxlanıldı


Digərləri 01 May 2021 11:24:00 132 0

Evini tərk edən daha 5 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 30-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.