Viktoriya Bekhemə qeyriadi hədiyyə aldı


Şou-biznes 01 May 2021 10:04:00 107 0

Viktoriya Bekhemə qeyriadi hədiyyə aldı

Dizayner və iş adamı Viktoriya Bekhem pop-ulduz Castin Biberdən qeyri-adi hədiyyə alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, öz "Instagram" səhifəsində məlumat verib.

Xanım Bekhem ifaçının ona göndərdiyi bir cüt başmağın şəklini çəkərək, izləyicilərindən məsləhət alıb. Pərəstişkarlarının çoxu 60 dollarlıq bənövşəyi "Crocs" başmaqlarının ona yaraşmadığını bildirib.

Keçmiş "Spice Girls" hədiyyəyə görə Biberə təşəkkür edib və bu başmaqları heç zaman geyməyəcəyini bildirib.