Siyəzəndə quşçuluq fabriki, Sabirabadda ev yanıb


Digərləri 01 May 2021 07:15:00 120 0

Siyəzəndə quşçuluq fabriki, Sabirabadda ev yanıb

Siyəzən rayonunun Beşdam kəndində, quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət sexin şüşə-pambıqdan ibarət üzlüyü 700 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Türkədi kəndində isə ümumi sahəsi 160 m² olan birmərtəbəli evin 1 otağında divan və kreslo qismən yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 4 m² sahədə qarsalanıb. Ev yanğından mühafizə olunub.

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.