Yaponiya hökuməti beynəlxalq səfərlər üçün “peyvənd pasportu” tətbiq edəcək


Dünya 30 Apr 2021 20:10:00 140 0

Yaponiya hökuməti beynəlxalq səfərlər üçün “peyvənd pasportu” tətbiq edəcək

Yaponiya hökuməti COVID-19 virusuna qarşı peyvənd olunmuş şəxslərin beynəlxalq səfərlərini asanlaşdırmaq üçün "peyvənd pasportu" tətbiq etməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin pasportun smartfon üçün əlavə şəklində olacağı bildirilir. Belə ki, həmin şəxslər QR kodunu aeroportda təyyarəyə minməzdən əvvəl və ya ölkəyə gəlmə ərəfəsində öz telefonlarına skan etməklə rahat səfər edə biləcəklər.

Bu layihəni irəli sürməklə Yaponiya hökuməti pandemiya dövründə demək olar ki, kəsilmiş işgüzar səfərləri bərpa etmək niyyətindədir.

Bu barədə parlamentin iclasında məlumat verən ölkə üzrə peyvəndləməyə cavabdeh nazir funksiyasını icra edən Taro Kono bildirib ki, bu layihə artıq digər ölkələr tərəfindən həyata keçirilir və Yaponiya da onu tətbiq etməlidir.

Həmçinin bildirilir ki, ölkənin nəhəng biznes lobbisi rolunu oynayan Keydanren təşkilatı da hökuməti Avropa İttifaqından nümunə götürərək iyunda "Rəqəmsal yaşıl buraxılış"ı tətbiq etməyə çağırıb. Bildirilir ki, peyvəndləmənin əks olunduğu həmin buraxılış yay tətili dövründə əcnəbilərin ölkəyə gəlməsinə şərait yaradacaq.