Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı


Digərləri 30 Apr 2021 19:04:00 168 0

Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.