Yasamalda 460 ədəd konteyner meydançası yaradılıb BŞİH VİDEO FOTO


Digərləri 30 Apr 2021 16:56:00 152 0

Yasamalda 460 ədəd konteyner meydançası yaradılıb  BŞİH  VİDEO  FOTO

Bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi üçün Yasamal rayonu ərazisində 460 ədəd konteyner meydançası yaradılaraq bura yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb.

Bu barədə Son.az-a Bakı Şəhər İcra Hakimiyyəti bildiriblər.

Qeyd olunub ki, əraziyə cavabdehlər təyin olunub:

"Bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası uğurla davam edir. Nərimanov, Nizami və Nəsimi rayonlarından sonra may ayının 1-dən Yasamal rayonu da bu layihəyə qoşulacaq.

Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihə barədə vətəndaşların məlumatlandırılması məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Məlumat üçün bildiririk ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə dövlət büdcəsindən ayırılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınması həyata keçirilib.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək".