Türkiyə XİN İsrailə başsağlığı verib


Dünya 30 Apr 2021 16:58:00 120 0

Türkiyə XİN İsrailə başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in saytında məlumat verilib.

"İsrailin şimalında Meron dağında dini bayramı qeyd edərkən sıxlıq nəticəsində çox sayda insanın həyatını itirdiyi kədərlə öyrəndik. Bu faciəli hadisə ilə əlaqədar İsrail xalqına və hökumətinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını diləyirik", - deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 44 nəfər ölüb, 150 nəfər yaralanıb.