Ermənistanda Köçəryana nifrət onun hazırkı reytinqindən qatqat çoxdur


Siyasət 30 Apr 2021 16:37:00 61 0

Ermənistanda Köçəryana nifrət onun hazırkı reytinqindən qatqat çoxdur

"Onun hakimiyyətə gəlməyə heç bir şansı yoxdur"

"Ermənistanda parlament seçkiləri qabağı kompaniya başlayıb və ermənilərin fantastika janrına olduqca böyük rəğbət bəslədiyini və inandığını nəzərə alsaq, belə açıqlamalar hələ çox olacaq".

Bunu Son.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanın eks-prezidenti Robert Köçaryanın "Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün əsirləri, Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik" açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, bütün sorğular da göstərir ki, parlament seçkilərində Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur:

"Köçəryan bu açıqlamanı seçkilərdə qalib gəlmək üçün edib. Paşinyan populist siyasətçidir və onun rəqibləri görəndə ki, onun Ermənistanda populizmə daha çox inanırlar, populist siyasətçi uğur qazanır, onlar da başlayırlar belə bəyanatlar verməyə. 

Müşahidələrimizə baxsaq görərik ki, müharibə bitdi, Paşinyan müharibəni uduzdu. Bütün müxalifət - Köçəryan, Sarkisyan, Manukyan, hətta katolikos, prezident, generallar, yəni ölkədə bütün siyasi və hərbi spektrda olan və az-çox tanınan adamlar hamısı Paşinyanın istefasını tələb edirdilər. Bu aksiyalara maksimum 7-8 min nəfər adam çıxarda bilirdilər. Paşinyan isə iki mitinq keçirdi, hərəsində 15-20 min nəfər insan toplaşdı. Bütün sorğular da göstərir ki, Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur. 

Robert Köçəryan Rusiya televiziyasına çıxır, öz nəzarətində olan media qurumlarına müsahibələr verir, amma bir dəfə də olsun onun Ermənistan vətəndaşları ilə görüşünü görməmişik. Və yaxud da görməmişik ki, o, hansısa bir aksiya keçirtsin, orada çıxış etsin, yaxud müxalifətin dekabr, yanvar, fevral aylarında keçirtdiyi az-çox kütləvi aksiyalarda çıxıb Ermənistan vətəndaşları ilə ünsüyyətə girsin. Çünki Köçəryana, Serj Sarkisyana nifrət onların hazırki reytinqindən qat-qat çoxdur. Bunu bütün sosialoji sorğular göstərir ki, onun dövründə olan özbaşınalıq, rüşvətxorluq, vətəndaşların zorakılığa məruz qalması, qətlə yetirilməsi hamının yaddaşındadır. Ona görə, onun uğur qazanmasının maksimumu deyərdim ki, parlamentdə təmsil olunma şansı ola bilər. O da təxminən 5-6%-i toplasa və Paşinyan seçkiyə qədər güclü səhv buraxmasa Köçəryanın hakimiyyətə gəlməyə heç bir şansı yoxdur. Ancaq ola bilsin 5%-lik barieli keçib, parlamentə daxil ola bilsin". 

Təhməz Əsədov

Sinəsi çöldə qaldı like
  • 30 Apr 16:36  
Şou-biznes Sinəsi çöldə qaldı

Məşhur amerikalı müğənni Beyons "İnstagram"dakı pərəstişkar

arrow Ətraflı
Zülfiyyə yenidən əməliyyat olundu like
  • 30 Apr 16:14  
Digərləri Zülfiyyə yenidən əməliyyat olundu

Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramo

arrow Ətraflı
Bayden yenə pərt oldu like
  • 30 Apr 16:09  
Digərləri Bayden yenə pərt oldu

Vəzifələrinin icrasına başladığı 100 gündə başına gələn kurioz ha

arrow Ətraflı
"Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadıldı like
  • 30 Apr 16:08  
Digərləri "Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Q

arrow Ətraflı
İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı like
  • 30 Apr 16:05  
Digərləri İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən tam (11 ill

arrow Ətraflı
Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? like
  • 30 Apr 16:04  
Digərləri Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər?

İşğaldan azad edilmiş ərazilərimizdə araşdırmalar aparılarkən düşm

arrow Ətraflı
Şəmkirin həbs edilən icra başçısının Maral təsərrüfatı aşkarlandı  VİDEO like
  • 30 Apr 16:02  
Digərləri Şəmkirin həbs edilən icra başçısının Maral təsərrüfatı aşkarlandı VİDEO

Şəmkir rayon İcra Hakimiyyətinin həbs edilən sabiq icra başçısı Alimpa

arrow Ətraflı
"Ərləri bilir kimi deyirəm" like
  • 30 Apr 16:01  
Şou-biznes "Ərləri bilir kimi deyirəm"

"Bir insanın özünə şübhəsi yoxdursa, onun cavab verməsinə ehtiyac

arrow Ətraflı
Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb like
  • 30 Apr 15:59  
Digərləri Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

arrow Ətraflı
Türkiyənin yük maşınlarından alınan gömrük haqqı ilə bağlı  Rəsmi açıqlama like
  • 30 Apr 15:58  
Digərləri Türkiyənin yük maşınlarından alınan gömrük haqqı ilə bağlı Rəsmi açıqlama

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qardaş ölkə - T

arrow Ətraflı
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu like
  • 30 Apr 15:57  
Siyasət Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu

Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası mayın 4-də keçi

arrow Ətraflı
Tarixi binanın üzərində qanunsuz tikinti aparanlar müəyyənləşəcək  BŞİH like
  • 30 Apr 15:56  
Digərləri Tarixi binanın üzərində qanunsuz tikinti aparanlar müəyyənləşəcək BŞİH

Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili ilə bağlı komissiya

arrow Ətraflı
Kipr danışıqları uğursuz oldu like
  • 30 Apr 15:54  
Dünya Kipr danışıqları uğursuz oldu

Kipr problemi ilə bağlı BMT-nin bayrağı alıtnda keçirilən danışıqlar

arrow Ətraflı
Türk deputat erməni həmkarına yerini göstərdi: like
  • 30 Apr 15:49  
Digərləri Türk deputat erməni həmkarına yerini göstərdi:

Türkiyə parlamentində təmsil olunan və kürdlərin partiyası kimi tanınan

arrow Ətraflı