İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı


Digərləri 30 Apr 2021 16:05:11 137 0

İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına iki nəfər buraxılmayıb.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.